Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:09

Nyu-Yorkdakı insidentdə 1 nəfər ölüb, 20-dən çox yaralı var


18 yaşlı qadın həlak olub, 23 nəfər yaralanıb

Nyu-Yorkun «Times» meydanında sürətlə gedən maşın kütlənin üzərinə sürülüb, 18 yaşlı qadın həlak olub, 23 nəfər yaralanıb.

Mayın 18-də baş vermiş insidentə görə 26 yaşlı ABŞ donanma veteranı olan Richard Rojas-a qətl, adam öldürməyə cəhd və ölümcül yol qəzası törətmək ittihamları verilib.

Şübhəli bundan öncə də sərxoş vəziyyətdə maşın idarə etmək, kimisə bıçaqla hədələməyə görə həbs olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, polisə «səslər eşitdiyini» söyləyib.

Rojan nizam-intizam məsələsinə görə 2014-cü ildə donanmadan çıxarılıb.

O, mayın 19-da məhkəmə qarşısına çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG