Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 12:04

ABŞ zərbələrindən Suriyada 8 nəfər ölüb


Hərbi təyyarə.

ABŞ qüvvələri ilk dəfə olaraq Suriyada hökumətin və İranın dəstəklədiyi döyüşçülərin konvoyunu bombalayıb. Çünki Rusiya həmin qüvvələrin ABŞ və müttəfiqlərinin «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı əməliyyatlara hazırlaşdığı əraziyə girməsini əngəlləyə bilməyib.

Bu haqda Pentaqon mayın 18-də məlumat yayıb.

Suriyanın müttəfiq qüvvələri İordaniyayla sərhəddəki Əl-Tanf şəhəri yaxınlığında əməliyyat keçirən ABŞ qüvvələri və üsyançılara təhdid yaradırmış. Pentaqon bildirir ki, Rusiyanın müdaxiləsi və xəbərdarlıq atışmalarından sonra hava zərbələri endirilib.

Hücumda səkkiz döyüşçü öldürülüb. Suriya İnsan Haqları təşkilatı bu haqda açıqlama yayıb.

Bu addım Birləşmiş Ştatların Suriyada altı illik vətəndaş müharibəsindəki rolunu genişləndirdiyini göstərirmi? ABŞ müdafiə naziri Jim Mattis bu suala belə cavab verib:

«Biz Suriyadakı vətəndaş müharibəsində rolumuzu gücləndirmirik, ancaq əsgərlərimizi müdafiə edəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG