Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:04

Rusiya-Şimali Koreya bərə xidməti işə düşüb


Vladivostokda Şimali Koreya gəmisi

Şimali Koreyayla Rusiya arasında işləyən bərə mayın 18-də Vladivostoka yan alıb. Bu arada ABŞ digər ölkələri Pxenyanla nüvə və raket proqramlarına görə münasibətləri səngitməyə çağırır.

Gəminin Rusiyadan olan əməliyyatçısı – «Investstroytrest» bildirib ki, tam kommersiya şirkətidir, Moskvadan heç bir subsidiya almayıb. Bildirilir ki, gəmi Rusiyada işləyən şimali koreyalıları daşıyacaq, eləcə də Vladivostoka dənizlə gəlmək istəyən çinlilərə xidmət edəcək.

«Investstroytrest»in məlumatına görə, bərə həmçinin, Şimali Koreyaya rusiyalı turistləri aparacaq, iki liman arasında yüklərin sürətli daşınmasını təmin edəcək.

ABŞ-ın dövlət katibi Rex Tillerson ölkələri Pxenyanın silah proqramından əl çəkməsindən ötrü Şimali Koreyaya təzyiq göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG