ABŞ-ın Fox News televiziya kanalının banisi və keçmiş rəhbəri Roger Ailes 77 yaşında vəfat edib.
BBC-nin mayın 18-də yaydığı xəbərə görə, bu barədə onun xanımı məlumat verib.
Ailes 1996-cı ildən 2016-cı ilədək bu televiziya kanalının rəhbəri olub.
O, keçmiş ABŞ prezidentləri Richard Nixon, Ronald Reagan və George Bush-un media üzrə məsləhətçisi olub.
Mətbuatın yazdığına görə, Ailes televiziya kanalından getdikdən sonra indiki prezident Donald Trump-a da seçkiqabağı kampaniyalar zamanı məsləhətlər verib.
Fox News, Fox Entertainment Group mediakonsernə məxsusdur.