Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

Vladimir Putin Emmanuel Macronla danışıb


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ilk dəfə yeni Fransa prezidenti Emmanuel Macronla telefonla danışıb.

Bu barədə mayın 18-də Kremlin rəsmi saytı məlumat yayıb.

Vladimir Putin Macronu rəsmi fəaliyyətə başlaması və yeni hökumət yaradılması münasibətilə təbrik edib.

Məlumatda deyilir ki, hər iki tərəf siyasi, iqtisadi-ticarət,hümanitar-mədəni və digər sahələrdə Rusiya ilə Fransa arasındakı ənənəvi dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Həmçinin liderlər terrorçuluqla mübarizə də daxil olmaqla aktual beynəlxalq və dini məsələlərdə əməkdaşlıq etmək razılığına gəliblər.

Söhbət zamanı tərəflər həmçinin Minsk razılaşması çərçivəsində Ukrananın şərqindəki münaqişənin həllində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG