Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 02:39

Müxalifət bloku Sarkisianın çıxışını baykot edib


Ermənistan parlamenti

Ermənistanda müxalifətdə olan “ELK” bloku mayın 18-də parlamentin ilk iclasında prezident Serz Sarkisianın çıxışını baykot edib.

Blokun mətbuat xidmətinin rəhbəri Tigran Avinyan “PanArmenian” saytının müxbirinə bildirib ki, blokun deputatları iclas zalına prezidentin çıxışından sonra dönəcəklər.

İclasda katolikos İkinci Garegin-də iştirak edib.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, ilk iclasda parlamentin sədrliyinə iki namizəd irəli sürülüb.

Bunlar hakim Respublika partiyasından Ara Babloyan və “ELK” blokundan isə Edmon Marukyandır.

Həmçinin bugünkü iclasda parlament sədrinin müavinləri seçilməlidir.

Sədr gizli səsvermə ilə seçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG