Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:09

Prezident qazma qurğusunun açılışını edib


İ.Əliyev yarımdalma qazma qurğusunun açılışında.

Prezident İlham Əliyev mayın 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışına qatılıb.

President.az saytının məlumatına görə, mərasim SOCAR-ın Qaradağ rayonundakı «Caspian Drilling» şirkətinin dəniz təchizat və logistika bazasında keçirilib.

Prezidentə yeni qazma qurğusu, habelə quraşdırılması planlaşdırılan sualtı əməliyyat aparatı barədə məlumat verilib. Sözügedən əməliyyat aparatı sualtı görüntüləri əldə etməklə, qəzalar zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Mərasimdə bildirilib ki, 6-cı nəsil qazma qurğusunun yaradılması prezidentin göstərişinə əsasən həyata keçirilib. İnşasına 2013-cü il sentyabrın 20-dən başlanılan qurğunun Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində rol oynayacağı bildirilir.

Onun çəkisi 26 min tondur. Qurğu ilə dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirmək mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG