Daha bir Ermənistan əsgərinin hərbi hissədə güllə yarasından öldüyü bildirilir.
Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, insident mayın 18-də Ermənistan müdafiə nazirliyinin N saylı hərbi hissənin müdafiə mövqeində baş verib.
Nəticədə müqavilə ilə xidmət edən Qrişa Karapetyan ölümcül güllə yarası alıb.
Bu barədə Ermənistanın istintaq komitəsi məlumat yayıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.