Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Azərbaycanın olimpiya çempionu dopinq testdə 'ilişib'


T.Əsgərov

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov bir il yarışlardan kənarlaşdırılıb.

Bu barədə Dünya Güləş Birliyi məlumat açıqlayıb..

Xəbəri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Mustafayev də təsdiq edib.

M.Mustafayevin deməsinə görə, buna pəhləvanın antidopinq qaydalarını pozması göstərilib:

«T.Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub və bu da dopinq testdə müsbət nəticə verib».

M.Mustafayev deyir ki, bu dərman bəzi ölkələrdə qanuni sayılsa da, 2017-ci ildən onu Ümumdünya Antidopinq Agentliyi qadağan edib.

Mətbuat katibinin bildirməsinə görə, bu preparat daha çox çəkini qorumaq məqsədilə qəbul olunur.

Cəza 2018-ci ilin aprelində başa çatacaq, Odur ki, bu üzdən T.Əsgərov IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmir.

Toğrul Əsgərov London Olimpiadasında qızıl, Rio-2016-da isə gümüş medal qazanıb. O, I Avropa Oyunlarında və qitə çempionatında da qızıl medal əldə etmişdi.

Bu olayın onun aldığı medallara təsir edib-etməyəcəyi isə, hələlik, açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG