Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:02

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər.

Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi deyilir. 300-ə yaxın insanın həlak olduğu və ya girov götürüldüyü bildirilir. 64 min nəfər məcburi köçkünə düşüb.

Rayonda 8 min 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Bu rayonun işğalı ilə Ermənistan Dağlıq Qarabağla quru əlaqələr əldə edib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ, ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) və bəzi əlavə kəndlər işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb. Ancaq hələ də tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG