Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Ağ ev yenə NATO-dan çıxmaqla hədələyir


NATO

ABŞ prezidenti Donald Trump NATO müttəfiqlərinin müdafiəyə daha çox xərcləyəcəkləri ilə bağlı vədlərindən məmnundur. Amma bu vədlərə əməl olunmasa, alyansdan çıxmağı nəzərdən keçirə bilər. Bunu Ağ ev rəsmisi mayın 17-də jurnalistlərə deyib

«Prezident NATO-da qalmaq istəyir. İndi gördüklərindən də məmnundur. Amma NATO tezliklə daha çox uğur əldə etməsə, NATO-da qalmayacaq», – həmin rəsmi söyləyib.

Trump ötən ay alyansın «daha köhnəlmədiyini» vurğulayıb. Daha öncə o, NATO-dakı müttəfiqlərini qlobal terrorçuluqla mübarizədə öz paylarını ödəməməkdə günahlandırırdı.

Hazırda NATO-nun bütün üzvləri Suriya və İraqda «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizə aparan koalisiyanın üzvüdürlər.

Trump mayın 25-də Brüsseldə NATO liderləriylə görüşəcək və onlara müdafiə xərclərini artırmaqdan ötrü təzyiq edəcəyi gözlənir.

NATO üzvləri ümumdaxili məhsullarının 2 faizini müdafiəyə xərcləmək öhdəliyi götürsələr də, çoxu buna əməl etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG