Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:37

Həbsdəki gənc fəal Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayır.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti baxacaq.

Proses mayın 22-də saat 12:00-da başlayacaq.

Müdafiəçiləri Bakı Ağır Cinayətlər Məhkəməsinin Q.İbrahimov barəsində ötən il oktyabrın 25-də çıxardığı hökmü qanunsuz hesab edirlər.

Buna da bax:​ 'İnsan haqları müdafiəçiləri təhlükədədir'

Apellyasiya məhkəməsindən gənc fəalın cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi istənilib.

Xatırlatma

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə, həbs olunduqlarını bəyan ediblər.

Buna da bax: Qiyasın anası: 'Son hadisələrdən narahatam...'

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmirlər. Həmin şəxslərin konkret cinayətlərə görə, cəzalandırıldığını bəyan edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG