Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Ukrayna Şengen zonasının astanasında qərar gözləyir


Foto arxiv

Avropa Parlamenti və Avropa Şurası bu gün Strasburqda Ukrayna vətəndaşlarına qarşı vizasız rejim tətbiq edilməsini təsdiqləməlidirlər.

Vizasır rejim təsdiqləndikdən sonra iyunun 11-də qüvvəyə minməlidir.

Yeni qayda biometrik pasportu olan bütün Ukrayna vətəndaşlarına şamil olacaq.

Onlar,İrlandiya və Böyük Britaniyanı çıxmaq şərti ilə hər 6 aydan bir 90 gün Avfropa Birliyi ölkələrində vizasız qala biləcəklər.

Həmçinin Ukrayna vətəndaşları Avropa Birliyinin üzvü olmayan, amma Şengen zonasına daxil olan 4 ölkə-Norvegiya,İslandiya, Lixteynşteyn və İsveçrəyə vizasız gedə biləcəklər.

Qeyd edək ki, digər keçmiş Sovet ölkəsi olan Gürcüstan vətəndaşları da artıq martın 28-dən Avropa Birliyi ölkələrinə vizasız gedirlər.

Qeyd edək ki, bu Avropa Birliyinin “Yaxın qonşuluq” və “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilir.

“Şərq Tərəfdaşlığı” Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Amma Ermənistan son anda Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə daxil oldu.

Həmçinin bu günlərdə Moldovaya bu qurumda müşahidəçi statusu verilməsi ilə bağlı mümorandum imzalandı.

Azərbaycansa Avropa Birliyi ilə başqa formatda əməkdaşlıq etmək razılığına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG