Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:37

Poltorak: "Kiyev Luqanskla Donetskin güc yolu ilə qaytarılmasını nəzərdən keçirmir"


Stepan Poltorak

Kiyev Luqansk və Donetskin güc yolu ilə qaytarılmasını nəzərdən keçirmir.

Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak “Deutsche Welle” kanalna müsahibəsində deyib.

Nazir eyni zamanda Donbasın Ukraynanın nəzarətinə dönəcəyinə əminlik bildirib.

Poltorak deyib ki, Ukraynanın şərqində gedən savaşda 2 min 600 50 Ukrayna əsgəri həlak olub.

Onun sözlərinə görə, ümumilikdə isə bu savaşda 10 mindən çox ukraynalı ölüb, 20-mindən çloxu isə yaralanıb.

Nazir qeyd edib ki, Ukrayna bu münaqişədə 43 min kvadrat kilometr ərazi itirib.

Xatırladaq ki, Ukrayna təhlükəsizlik şurasının katibi Aleksandr Turçinov bu ilin aprelində hərbçiləri metr-metr, kilometr-kilometr şərqə doğru irəliləməyə çağırmışdı.

Qeyd edək ki, Kiyev və qərb ölkələri Ukraynanın şərqindəki münaqişə və Krımın ilhaqına görə, Ukraynaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Onlar Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG