Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:21

Əfqanıstan dövlət televiziyasının binasında atışma gedir


Cəlalabadda döyüşlər. 17 may 2017

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində döyüş gedir. Bundan öncə isə silahlılar dövlət televiziyasının binasına hücum ediblər.

Nəngərhar vilayətinin valisi Attaullah Khogyani mayın 17-də deyib ki, bir neçə silahlı Əfqanıstan Radio və Televiziyasının (RTA) binasına daxil olub.

Bina vilayət rəhbərliyinin iqamətgahı yaxınlığında yerləşir və hazırda teleradio binasında atışmalar davam edir.

Sözçü deyir ki, hücumçular azı üç nəfər olub, ikisi özünü partladıb, biri isə döyüşü davam etdirir.

Şahidlər RTA-nın əməkdaşlarından bir neçəsinin binada qaldığını bildirir.

Bu hücuma görə hansı silahlı qruplaşmanın məsuliyyət daşıdığı bəlli deyil.

Son vaxtlar talibançılar Əfqanıstanın ayrı-ayrı yerlərində hücumları artırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG