Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:33

«Microsoft» şirkəti mayın 16-da elan edib ki, BMT-nin insan haqları ofisinə beş il ərzində 5 milyon dollar ayıracaq.

Bu arada Birləşmiş Ştatlar BMT-yə maliyyəni kəsdiyini açıqlayıb. Bu, BMT agentliklərini korporasiyalardan maliyyə cəlb etməyə sövq edib.

İndiyədək insan haqlarının maliyyəsinin, demək olar ki, hamısını hökumətlər verib.

«Hazırda özəl sektordan heç nə almırıq. Özəl sektor böyük rol oynamalıdır və məsuliyyəti üzərinə götürməlidir», –idarənin sözçüsü Laurent Sauveur deyib.

BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra'ad Al Hussein-sə ümid edir ki, «bu, daha böyük bir işin yalnız başlanğıcıdır».

«Microsoft» bildirib ki, dünyada insan haqları pozuntularının qeydə alınmasından ötrü texnologiya hazırlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG