Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Trump köməkçisiylə bağlı istintaqın ləğvini istəyibmiş


James Comey və Donald Trump

ABŞ prezidenti Donald Trump keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-lə bağlı istintaqın dayandırılmasına cəhd göstəribmiş. O, Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey-lə görüşündə müşavirinin Rusiyayla münasibətlərini araşdıran istintaqın dayandırılmasını istəyib.

Bu haqda mayın 16-da «The New York Times», «Reuters», AP və daha bir xəbər təşkilatı yazıb. Məlumata görə, ötən həftə Trump-ın işdən çıxardığı J.Comey M.Flynn fevralda vəzifədən kənarlaşdırılandan bir gün sonra Oval ofisdə Trump-la görüşüb. O, daha sonra Trump-ın təhqiqatın dayandırılması xahişiylə bağlı memo yazıbmış.

Ağ ev Trump-ın belə bir xahiş etmədiyini bildirib. Çünki bu, ədliyyənin işinin əngəllənməsi sayıla bilər ki, bu da cinayət məsuliyyəti yaradır.

J.Comey-in yazdığına görə, Trump Flynn-in «yaxşı oğlan» olduğunu deyib, istintaqın dayandırılmasını istəyib.

«The Times» yazır ki, Comey bu memonu Trump-ın FBI-nin istintaqına «qeyri-adekvat» təzyiqini sənədləşdirmək məqsədiylə yazıb. FBI Rusiyanın ötən il ABŞ-dakı prezident seçkisinə müdaxiləsilə bağlı iddiaları araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG