Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

HP noutbukları sahiblərinə göz qoyurmuş


Hewlett-Packard (HP) brendinin bəzi noutbuklarında istifadəçilərin basdığı hər klavişi qeydə alan keylogeri olan audiodrayverlər quraşdırılıb. Əldə edilən məlumatlar isə avadanlığın hard diskində şifrə olunmamış fayl formatında saxlanılıb. Nəticə etibarı ilə, harada nə axtardığını bilən istənilən cinayətkar loginləri, şifrələri, bank kart nömrələrini və digər həssas məlumatları asanlıqla əldə edə bilər.

Bu haqda ilk dəfə İsveçrə araşdırma şirkəti Modzero məlumat verib.

Keyloger Conexant 1.0.0.46 və ondan öncəki versiyaların drayver audioçiplərində imiş. Bu element onlarla HP noutbuklarında, Elitebook, Probook və Zbook modellərində də quraşdırılıb. Modzero əməkdaşlarının tapıntısı haqda ictimaiyyətə açıqlamasından 10 gün əvvəl onlar Contexant və HP ilə əlaqə saxlayıblar.

Məlumatlara görə, noutbuk istehsalçısı artıq keyloger və loq-faylları silmək üçün zəruri proqramları buraxıb.

HP şirkətinin vitse-prezidenti Mayk Neş (Mike Nash) qeyd edib ki, düzəliş edilmiş drayverlər Windows yenilənmə aləti və 2016-cı ildə istehsal edilmiş noutbuklar üçün HP.com rəsmi vebsaytı üzərindən əldə edilə bilinər.

Daha köhnə modellər üçün yenilənmələr 12 may tarixində buraxılıb. Neşin sözlərinə görə, keyloger funksiyası drayverə onun son şifrəsinə təsadüfən əlavə edilib və istifadəçilərin kompüterinə düşməməli imiş.

Modzero-nun siyahısında olan noutbuklar:

HP EliteBook 820 G3 Notebook PC

HP EliteBook 828 G3 Notebook PC

HP EliteBook 840 G3 Notebook PC

HP EliteBook 848 G3 Notebook PC

HP EliteBook 850 G3 Notebook PC

HP ProBook 640 G2 Notebook PC

HP ProBook 650 G2 Notebook PC

HP ProBook 645 G2 Notebook PC

HP ProBook 655 G2 Notebook PC

HP ProBook 450 G3 Notebook PC

HP ProBook 430 G3 Notebook PC

HP ProBook 440 G3 Notebook PC

HP ProBook 446 G3 Notebook PC

HP ProBook 470 G3 Notebook PC

HP ProBook 455 G3 Notebook PC

HP EliteBook 725 G3 Notebook PC

HP EliteBook 745 G3 Notebook PC

HP EliteBook 755 G3 Notebook PC

HP EliteBook 1030 G1 Notebook PC

HP ZBook 15u G3 Mobile Workstation

HP Elite x2 1012 G1 Tablet

HP Elite x2 1012 G1 with Travel Keyboard

HP Elite x2 1012 G1 Advanced Keyboard

HP EliteBook Folio 1040 G3 Notebook PC

HP ZBook 17 G3 Mobile Workstation

HP ZBook 15 G3 Mobile Workstation

HP ZBook Studio G3 Mobile Workstation

HP EliteBook Folio G1 Notebook PC

Faylları və kompüterinizi buradan yoxlamaq mümkündür: C:\Windows\System32\MicTray.exe və ya C:\Windows\System32\MicTray64.exe

Həmçinin istehsalçının rəsmi saytına daxil olaraq avadanlığın drayverinin aktual olub-olmamasına da əyani şəkildə əmin ola bilərsiniz. Modzero-da hesab edirlər ki, Conexant çiplərindən istifadə edən digər vendorların da analoji problemləri ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG