Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:06

Rusiya hakimiyyəti "Telegram" ı bloklaya bilər


“Roskomnadzor” Telegram messencerindən reyestr üçün məlumatlar tələb edib.

Əks halda əlavə bloklana bilər.

Bu barədə mayın 16-da Rusiyanın “Vedomosti” portalı məlumat yayıb.

“Roskomnadzor” a yaxın mənbənin portala verdiyi məlumata görə bütün messencerlərə müvafiq məktub göndərilib.

Amma “Roskomnadzor” və “Telegram”ın rəsmiləri hələ ki, məlumata münasibət bildirməyiblər.

Məlumata görə əgər müvafiq məlumat verilməsə əlavə Rusiyada bloklana bilər.

Məlumata görə, “Roskomnadzor” məktubda Telegram Messencer LLP-dən reyestr üçün məlumatlar tələb edir.

Şirkət qeydiyyata alınmaq üçün tam və qısa adını, qeydiyyat ünvanını, vergi göstəricisini, yerləşdiyi yeri, poçt ünvanını və s sənədlət təqdim etməlidir.

Mənbə portala bildirib ki, Rusiyada fəaliyyət göstərən messencerlərin hamısı ölkə qanunvericiliyinə əməl etməlidir və Telegram burda istisna deyil.

Məlumatlara görə Telegramdakı bir sıra kanalların administratorları əlavənin ölkədə bloklanmasına yol verməmək üçün, onun banisi Pavl Durovu Rusiya hakimiyyəti ilə əməkdaşlıq etməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG