Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 01:55

Türkiyə xəbərdarlıq edib ki, Bosfordan keçən Rusiya gəmilərinə hücum edilə bilər


Bosfor boğazı

Türkiyə kəşfiyyatı “İaslam dövləti” qrupunun Bosfor boğazından keçən Rusiya gəmilərinə hücuma hazırlaşdığını xəbərdarlıq edib.

Bu barədə “Haberturk” qəzeti məlumat yayıb.

Qəzütin yazdığına görə, yaraqlılar gəmiləri raketlə vura bilərlər.

İstanbulun təhlükəsizlik qüvvələri Bosforda gəmilərə hücum edilə bilən mümkün 146 nöqtəni nəzarətə götürüblər.

Bundan başqa Türkiyənin təhlükəsizlik xidməti boğazı keçərkən Rusiya gəmilərini müşaiyət etmək üçün sahil-mühavizə qüvvələrinin vertolyot və katerlərindən istifadə etməyi planlaşdırır.

Qara dənizlə Mərmərə dənizini birləşdirən Bosfor boğazının uzunluğu 30 kilopmetrdir.

Beynəlxalq konvensiyaya görə aparıcı dünya ölkələrinin hərbi gəmiləri dinc vaxtlarda istənilən vaxt bu görfəzdən keçə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG