Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

Hərracda manat bahalaşdı


Dollar

Mayın 16-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.

Bu gün, mayın 16-na olan rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7025 manata bərabər olmuşdu.

Bəzi istisnalarla son aylar keçirilən hərraclarda manat dollara nisbətən möhkəmlənir. Bir çox iqtisadçılar isə düşünür ki, Azərbaycanda indi manatın möhkəmlənməsindən ötrü heç bir əsas yoxdur. Sadəcə, məzənnə inzibati yolla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG