Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:16

Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5 milyard 90.9 milyon ABŞ dolları təşkil edib. Bunun 3 milyard 578.1 milyon dolları ixracın, 1 milyard 512,8 milyon dollar isə idxalın payına düşür.

Xəbərə görə, nəticədə 2 milyard 65.3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

DSK bildirir ki, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10.6 faiz artıb. Real ifadədə isə 16.4 faiz, o cümlədən ixrac 9.2 faiz, idxal 27.3 faiz azalıb.

Ticarət dövriyyəsinin 39.1 faizi Avropa Birliyi, 11.8 faizi MDB, 49.1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG