Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:36

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin «Qətiyyətli dəstək» formatında keçiriləcək görüşündə iştirak etmək məqsədilə Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mayın 16-sı məlumat yayıb.

Tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildən başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG