Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:09

Hillary Clinton yeni siyasi qrup yaradır


H.Clinton

Mayın 15-də Hillary Clinton yeni siyasi təşkilat yaradıb. Məqsəd ABŞ vətəndaşlarını siyasətə cəlb etmək, Trump administrasiyasına qarşı çıxan qrupları dəstəkləməkdir.

Təşkilat «Birlikdə İrəli» (Onward Together) adlanır.

Bu, keçmiş Birinci ledi və Demokratlar Partiyasından prezidentliyə namizədin siyasi arenaya qayıdışını göstərir. Clinton noyabr seçkisində Donald Trump-a uduzdu.

«Son bir neçə ayı ailəmə, meşə gəzintilərinə həsr etdim. İndi həmişəkindən çox inanıram ki, vətəndaş iştirakçılığı demokratiyamızdan ötrü vacibdir», – 69 yaşlı Clinton tvitlərində yazıb.

Respublikaçı Partiyası Milli Komitəsinin sözçüsü Michael Ahrens Clinton-u «reallıqdan tamamilə kənar» adlandırıb. «Demokratlar ağıllı olsaydılar, Hillary Clinton-dan birdəfəlik uzaqlaşmağın zamanı gəldiyini anlardılar», – Ahrens deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG