Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:11

Əli İnsanov apellyasiya şikayəti verib


Əli Insanov məhkəməyə gətirilərkən.

Keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Qaradağ Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Toğrul Babayev məlumat yayıb.

Vəkilin dediyinə görə, şikayət mayın 15-də məhkəməyə təqdim olunub.

Şikayətdə aşağı məhkəmənin qərarının ləğv edilməsi istənilir.

Aprelin 26-da Bakının Qaradağ Rayon Məhkəməsinin hökmü ilə keçmiş səhiyyə naziri Əli İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Buna da bax:​ Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra [yenilənib]

Xatırlatma

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Buna da bax: 'Yazıblar göy rəngli dərman... halbuki, o dərman rəngli olmur'

2016-cı ilin oktyabrında 11 illik həbsdən çıxmasına bir neçə ay qalmış ona yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar CM-nın 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə verilib.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" kimi tanıyıb.

Buna da bax: Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

Əli İnsanov bütün məhkəmələrində hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib. O yeni ittihamları və təkrarən 7 il 5 gün həbs edilməsini hakimiyyətin onu bilərəkdən azadlığa buraxmamaq istəyi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG