Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:34

Ombudsman ‘İnsan Hüquqları Aylığı’ keçirir


Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).

Ombudsman Aparatı mayın 18-dən iyunun 18-ə kimi Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan edib.

Qurumun xəbərində aylığın ombudsmanın təşəbbüsü ilə keçirildiyi bildirilir.

Ombudsman ay ərzində ötən dövrlərdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək niyyətindədir.

Buna da bax:​ Ombudsman bloqqerlə bağlı nazirə müraciət edib

Həmin aylıq çərçivədə əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda konfrans və müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Ombudsman hesab edir ki, bu tədbirlər Azərbaycanda hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinə töhfə olacaq.

Azərbaycanda hər il iyunun 18-i “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla bağlı ölkə başçısı 2007-ci ilin iyunun 18-də sərəncam imzalayıb.

Buna da bax:​ Ombudsmanın illik məruzəsi parlamentdə

Azərbaycanda Ombudsman Aparatına birmənalı münasibət yoxdur. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu qurum siyasi əsaslarla hüquqları tapdalanan şəxslərin yox hökumətin müdafiəçisi qismində çıxış edir. Ombudsman Aparatı bu fikirləri qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG