Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:33

2017-ci ilin yanvar-aprel aylarında ölkənin pərakəndə ticarət şəbəkələrində 10.2 milyard manatlıq məhsul satılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılıb.

DSK bildirir ki, ticarət dövriyyəsinin 50.6 faizini ərzaq məhsulları, içkilər, tütün məmulatları, 49.4 faizini isə qeyri-ərzaq məhsulları təşkil edib.

Bəhs edilən dövrdə əhalinin hər nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263.5 manat olub.

Ticarət şəbəkəsində bir nəfər orta hesabla hər ay 133.2 manatlıq ərzaq məhsulları, tütün və içki alıb. 130.3 manat isə qeyri-ərzaq mallarına gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG