Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:07

Pxenyan yeni raket sınaqdan keçirdiyini deyir


Cənubi koreyalılar ballistik raketin sınağı haqda xəbərləri izləyirlər.

Şimali Koreya yeni orta-uzaq mənzilli raket növünü sınaqdan keçirdiyini bildirir. Pxenyan həmçinin, Birləşmiş Ştatlara artıq hədəf məsafəsində olması haqda xəbərdarlıq edib.

Rəsmi KCNA xəbər agentliyi mayın 15-də bildirib ki, sınağın məqsədi irimiqyaslı ağır nüvə başlığını daşımaq qabiliyyətini yoxlamaq olub. Sınağa ölkə lideri Kim Jong Un-un nəzarət etdiyi bildirilir. Agentliyin yazdığına görə, Kim Jong Un ABŞ-a xəbərdarlıq edib ki, ölkəsinin hərbi gücünü yanlış dəyərləndirməsin.

Şimali Koreyanın mayın 14-də gerçəkləşdirdiyi sınağı AB və NATO pisləyib. Rusiya və Çin də Koreya yarımadasında gərginliyin artmasından narahatlığını bildirib.

Raketin 2 min 112 metr yüksəkliyə qalxdığı, 787 kilometr məsafə qət etdiyi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG