Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:01

Moskvada çoxminlik mitinq keçirilib


Moskvada etiraz aksiyası. 14 may.2017

Moskvada köhnə evlərin sökülməsinə etiraz olaraq mitinq keçirilib.

Aksiyaçılar sonda hakimiyyətdən bu qanun layihəsinin ləğvini tələb edən qətnamə qəbul ediblər.

Etirazçılar bunu şəxsi mülkiyyətlə bağlı konstitusyon hüquqlarının pozulması kimi qiymətləndirirlər.

Fəallar həmçinin şəhər meri Segei Sobyanə etimadsızlıq bildirib və onu paydaxtı dağıtmaqda, tibb və təhsil müəsisələrini, həmçinin şəhərin tarixini məhv etməkdə ittiham ediblər.

“Ağ sayğac” adlı müstəqil layihənin könüllüləri Moskvada keçirilən mitinqdə 20 minədək adam iştirak etdiyini deyirlər.

Təşkilatyçıların sözlərinə görə isə mitinqdə 80 min adam iştirak edib.

Müxalif siyasətçi və fəal Aleksey Navalny-nı ailəsi ilə birlikdə mitinqdən çıxarıblar.

Moskva meri Sergei Sobyanin bu ilin fevralında prezident Vladimir Putinlə köhnə 5 mərtənəli binaların sökülməsini müzakirə edib.

Mer bu binaları qəzalı sayır.

Amma bu proqram əhalinin narazılığına səbəb olub.

Buna baxmayaraq artıq Sobyaninə buna görə təxminən 100 milyard rubl ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG