Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:11

Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsindəgimnastikada növbəti təsnifat mərhələsi və komanda hesabında mükafatlandırma mərasimi keçirilib.

Azərbaycanın qadın idman gimnastları komanda hesabında IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Onlar 99.300 xal toplayıb. Türkiyə millisi 96.050 xalla ikinci, İndoneziya isə 68.150 xalla üçüncü olub.

Kişlər

Azərbaycanın kişilərdən ibarət komandası isə yarışda gümüş medala sahib olub. Atletlər Azərbaycan komandasının aktivinə 161.700 xal yazdırıblar. Türkiyə 163.450 xalla birinci, İran isə 152.150 xalla üçüncü yeri tutub.

Bununla da IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanınmedalların sayı 24-ə çatıb.

Onlardan 11-i qızıl, 10-u gümüş, 3-üisə bürüncdür.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG