Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:33

Çin Xalq Respublikasının sədri Xi Jinping Asiya və Avropada terrorçuluqla mübarizədən tutmuş maliyyə siyasətinədək müxtəlif sahələrdə daha sıx əməkdaşlığa çağırıb.

O belə bir bəyanatla “Böyük İpək yolu “nun bərpasına həsr edilmiş sammitdə deyib.

Sammitdə 29 ölkə lideri iştirak edir.

Çin bu ticarət təşəbbüsünün reallaşmasına 124 milyard dollar vəd edib.

Bu yol Çini Afrika, Asiya və limanlar şəbəkəsi və dəmir yolları vasitəsi ilə Avropa ilə birləşdirəcək.

Sammitdə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Racep Tayyip Erdogan da iştirak edirlər.

Xi Jinping sammitdə çıxış edərkən deyib ki, bu plan Çinin dünyada nüfuzunu artırmaq məqsədi güdmür, əsas məqsəd əməkdaşlıq və qarşılıqlı faydanın yeni modelini hazırlamaqdır.

Si həmçinin beynəlxalq qloballaşmanı dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG