Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Pxenyanın ballistik raket buraxdığı güman edilir


Şimali Koreya ballistik raketə oxşayan qurğu buraxıb.

Cənubi Koreya və ABŞ rəsmiləri bildirirlər ki, Şimali Koreya qərb sahilindən ballistik raketə oxşayan qurğu buraxıb.

Mayın 14-də buraxılmış raketin növü dəqiq bəlli olmasa da, ordu rəsmiləri onun ballistik raketə oxşadığını deyirlər.

Buna da bax:​ Rusiya hərbi texnikasının Şimali Koreya sərhədinə doğru cəmləşdiyi xəbər verilir

Yonhap xəbər agentliyi bildirir ki, raket 700 kilometr qət edəndən sonra dənizə düşüb, yəni sınaq uğurlu olub.

Şimali Koreya son vaxtlar raket proqramı sınaqlarını intensivləşdirib. Cənubi Koreya, ABŞ və Yaponiya rəsmiləri bir neçə cəhdin uğursuz olmasını da qeydə alıblar.

Buna da bax:​ Trump deyib ki, Şimali Koreyanın başçısı “özünü yaxşı aparsın”

BMT Pxenyanın nüvə və ballistik raket proqramına qadağa qoyub, amma Şimali Koreya buna məhəl qoymur.

Günün bütün mövzuları

XS
SM
MD
LG