Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 03:04

Macron and içəcək


39 yaşlı Emmanuel Macron ölkə tarixində prezidentlik postuna seçilmiş ən gənc şəxsdir.

Mayın 14-də Emmanuel Macron Fransa prezidenti kimi and içəcək. 39 yaşlı mərkəzçi siyasətçi ölkə tarixində prezidentlik postuna seçilmiş ən gənc şəxsdir.

Andiçmə mərasimi yerli vaxtla səhər saat 10-da başlayacaq.

Buna da bax:​ Macron ilk rəsmi səfərini elan etdi

Macron mayın 13-də partiya tərəfdarları ilə görüşüb. Yeni yaratdığı La Republique En Marche (REM) hərəkatından gələn ay parlament seçkisinə gedəcək namizədləri həvəsləndirib.

“Siz Fransa siyasətinin yeni sifətlərisiniz. Üzərinizə nəhəng məsuliyyət düşür”, – o deyib.

REM (Hərəkətdə olan Respublika) bu həftə yeni parlamentə 577 namizədindən 428-nin adlarını açıqlayıb.

Buna da bax: Macron-un qələbəsinin sirri [təhlil]

Onlardan yarısı qadınlardır və yarısı heç vaxt seçkili vəzifədə olmayıb.

Keçmiş iqtisadiyyat naziri və bankir olan Macron mayın 7-də ifrat sağçı Marine Le Pen-i 66 faiz səs çoxluğuyla məğlub edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG