Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:18

“Gözdən Əlillər Cəmiyyətinin sədri Səfiyar Abdullayev cəmiyyətə məxsus daşınmaz əmlakı üzvlərdən xəbərsiz ayrı-ayrı vaxtlarda özəl şirkətlərə satıb”.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvünün prezident İlham Əliyevə ünvanladığı müraciətdə belə yazılır.

Müraciətdə söhbət "Səbinə" kooperativi, "Mərhəmət" mağazası, Ş.Qurbanov küçəsindəki Mədəniyyət Evi, Ü.Hacıbəyov küçəsindəki Mərkəzi Mədəniyyət Evinin torpaq və avadanlıqlarının satışından gedir.

Müəlliflər vurğulayır ki, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti C.Hacıbəyli küçəsində yaşayış binasının tikintisinə 1775kv. metr sahə ayırıb. Ancaq ərazi "İnter-ST" MMC-yə satılıb. Cəmiyyət üzvlərinə deyilib ki, bunun əvəzində 200 kv. metr qeyri-yaşayış sahəsi alacaqlar. Orada isə mətbəə olacağı deyilir.

Müraciətdə yazılır ki, Cəmiyyətin keçmiş torpaqlarında iki ədəd 18 mərtəbəli bina tikilib, ancaq gözdən əlillərə bir mənzil belə verilməyib.

Gözdən əlillər dövlət başçısından məsələyə müdaxilə etməsini və onların hüquqlarının pozulmasına yol verilməməsini xahiş edirlər.

Cəmiyyət sədri təkzib edir

Gözdən Əlillər Cəmiyyətinin sədri Səfiyar Abdullayev isəbildirib ki, bütün deyilənlər "əsassızdır".

Onun sözlərinə görə,tikilən binalarla bağlı auditor yoxlaması aparılıb və hər hansı bir qanunsuzluq aşkar edilməyib.

"Bunların arxasında konkret maraq güdən adamlar dayanır və bütün deyilənlər yalandır, iftiradır...", -o bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG