Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:32

Britaniya hökuməti bəyan edib ki, dünyadakı son kütləvi kiberhücumların arxasında məhz kimlərin durduğu hələ ki, bəlli deyil.

Məlumatlara görə bu hücumlar nəticəsində ölkənin səhiyyə xidmətinin komputer sisteminə ciddi ziyan dəyib.

AzadlıqRadiosunun məlumatına görə, ölkənin daxili işlər naziri Amber Rudd mayın 13-də deyib ki, Britaniyanın milli kibertəhlükəsizlik mərkəzi fəsadların aradan qaldırılması üşün hazırda səhiyyə nazirliyi ilə birgə iş aparır.

Nazir bildirib ki, Böyük Britaniya hazırda hücumun hansısa bir xarici ölkə tərəfindən törədilib-törədilməməsini araşdırır.

Qeyd edək ki, Britaniyanın kütləvi informasiya vasitələri bundan əvvəl yazıb ki, (KİV) son haker hücumlarının sarxasında Rusiya hökumıti dura bilər.

“The Telegraph”ın yazdığına görə, bunu bu yaxınlarda ABŞ-ın Suriyaya raket hücumundan sonra ABŞ prezidenti Donlad Trump-u hədələyən “ Shadow Brokers” haker qrupu edə bilər.

Amma qəzet konkret sübutlar göstərmir, yazır ki, bir sıra ekspertlər bu qrupla Rusiya hökuməti arasında əlaqə olduğunu düşünürlər.

Bundan əvvəl verilən bəzi məlumatlara görə, bütün dünya üzrə müxtəlif təşkilatların serverlərinə hücum edənlər ABŞ Milli təhlükəsizlik agentliyinin (NSA) dəyişdirilmiş proqramından stifadə edə bilərlər.

Qəzet yazır ki, “ Shadow Brokers” qrupu bu hücumdan bir həftə sonra-aprelin 14-də NSA-nın hazırladığı ziyanvurucu proqramdan istifadə edərək hücum törədib və güman edilir ki, son hücumlarda da bu proqramdan istifadə olunub.

Qəzet yazır ki, bir sra ekspertlər bu cür ardıcıllığın təsadüfi olmadığını düşünür və bu qrupun Rusiya ilə bağlı olduğunu düşünürlər.

Buna da bax: "74 ölkədə kütləvi ‘reket kiberhücumu’ qeydə alınıb"

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG