Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 02:49

ABŞ Səudiyyə üçün 100 milyard dollarlıq silah sazişi hazırlayır


Donald Trump və Səudiyyə şahzadəsi və müdafiə naziri Mohammed bin Salman. 14 mart, 2017

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı üçün dəyəri 100 milyard dollardan artıq silah sazişi hazırlayır. Bir həftə sonra prezident Donald Trump-ın Ər-Riyada səfəri planlaşdırılır.

Sazişlə bağlı xəbəri “Reuters” mayın 12-də yayıb. Ağ ev rəsmilərinin bildirdiyinə görə, on il ərzində silah ticarəti 300 milyard dolları keçə bilər ki, bu da Səudiyyənin İran, İslam Dövləti (İŞİD) silahlı qruplaşması və digər regional təhlükələrdən qorunmasına kömək edər.

Buna da bax:​ Donald Trump AB-nin aparıcı liderləri ilə görüşəcək

Trump mayın 19-da prezident kimi ilk beynəlxalq səfərinə başlayır və ilk olaraq, Səudiyyəyə gedəcək.

Birləşmiş Ştatlar tarixən Səudiyyəni silahla təmin edib, ona on milyardlarla dollar dəyərində F-15 qırıcıları və digər silahlar satıb.

Buna da bax: Döyüşlərin qızışacağı haqda proqnozlar özünü doğruldur? [video]

Bu arada insan haqları qrupları krallığa silah satışını məhdudlaşdırmağa çağırırlar. Belə ki, Yəmənə hava zərbələrində minlərlə dinc sakinin ölümünə görə məhz Ər-Riyad günahlandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG