Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:12

Prezident ''Azattyk' radiosu ilə bağlı müraciət etdi


'Azattyk'

Qırğızıstan prezidenti Almazbek Atambayev Baş Prokurorluğa müraciət edib ki, “Azattık media”ya (Azadlıq və Azad Avropa Radioları Korparasiyaları Korporasiyasının qırğız xidməti) qarşı məhkəmədə qaldırdığı iddianı geri götürsün.

Bu haqda ölkənin Prezindent Aparatı məlumat yayıb.

Bir müddət əvvəl Baş Prokurorluq “Azattık media” ilə birlikdə, bir neçə media qurumunu böhtan ittihamı ilə məhkəməyə verib.

Atambaev isəmüraciətini martın 30-da, Radioların prezidenti Thomas Kent-lə görüşündən sonra edib.

Məlumatda deyilir ki, görüşdən sonra keçən müddət ərzində “Azattık”ın fəaliyyətində pozitiv meyllər hiss olunur- yayımlanan materiallar daha çox balanslı hazırlanmağa başlayıb.

Prezident Aparatının mətbuat açıqlamasına görə, bir çox ekspertlər qeyd edirlər ki, radioda hadisələrin işıqlandırılması daha keyfiyyətli olmağa başlayıb.

"Bu deyilənləri nəzərə alaraq, o cümlədən, Qırğızıstan Respublikasının söz azadlığı prinsiplərinə sadiqliyini, milli jurnalistikaya əsas gətirərək, prezident Almazbek Atambayev Baş Prokurorluğa müraciət edib ki, “Azattık media”ya qarşı iddianı geri götürsün”.

Günün bütün mövzuları

XS
SM
MD
LG