Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:42

ABŞ-ın müdafiə naziri Türkiyənin baş naziriylə görüşüb, ABŞ-ın Suriyada kürd qruplarını silahlandırmaq qərarından sonra gərginləşmiş münasibətləri yoluna qoymağa çalışıb.

Mayın 11-də Londonda James Mattis Binali Yıldırım-la görüşündə vurğulayıb ki, ABŞ Türkiyəni qorumaq öhdəliyinə sadiqdir. O, müzakirənin «səmimi, şəffaf, yararlı» olduğunu deyib.

Mattis Türkiyənin narahatlığını anladığını söyləyib. Türkiyə Suriyadakı kürdlərə verilən silahların sonucda İraq və Türkiyədəki kürd yaraqlıların əlinə keçəcəyindən narahatdır. Birləşmiş Ştatlar və Türkiyə kürd yaraqlıların birləşdiyi PKK-nı terrorçu təşkilat kimi tanıyır.

«Türkiyəni PKK ilə mübarizədə dəstəkləyirik. Biz PKK-ya silah vermirik. Bunu heç vaxt etməmişik və etmərik də», – Mattis deyib.

Vaşinqton silahların düşmən əlinə keçməməsindən ötrü Türkiyəylə kəşfiyyat bilgilərini paylaşılmasını sürətləndirməyi təklif edir.

Yıldırım görüşdən öncə demişdi ki, Birləşmiş Ştatlar Türkiyənin narahatlığını nəzərə almasa, bunun «mənfi fəsadları» olar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan amerikalı həmkarı Donald Trump-ı qərara yenidən baxmağa çağıracağını söyləyib. Liderlər mayın 16-da Vaşinqtonda görüşəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG