Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 01:04

ABŞ prezidenti Donald Trump Twitter sosial şəbəkəsində Ukrayna və Rusiya diplomatlarıyla ayrı-ayrılıqda keçirdiyi görüşlərin fotolarını yerləşdirib. O, iki ölkəni münaqişəyə son qoymağa və barışmağa çağırıb.

Trump mayın 10-da Rusiyanın xarici işlər naziri Sergei Lavrov və Ukraynanın baş diplomatı Pavlo Klimkin-lə görüşüb. Hər iki nazirlə görüşlərindən gülümsəyən fotolarını qoyaraq «Gəlin barışaq!» yazıb.

Bu fotolar Trump-ın mayın 10-da Klimkin-lə öncədən elan olunmayan görüş keçirdiyini təsdiqləyib. Onun Lavrov-la görüşü də tələsik təşkil olunmuşdu. Lavrov Vaşinqtona Dövlət katibi Rex Tillerson-la görüşə getmişdi.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib, bu ölkənin şərqində separatçıları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG