Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:33

Rusiya jurnalistləri görüşə buraxılıb, ABŞ jurnalistləri yox


Donald Trump, Sergei Lavrov və Sergei Kislyak

Ağ ev Vaşinqtonda Trump-Lavrov görüşünün mətbuat üçün qapalı olduğunu bəyan eləsə də TASS-ın jurnalistlərinin bu görüşə buraxılması barədə məlumatlar dolaşır.

Bu barədə huffingtonpost.com saytı yazır.

Bundan başqa Rusiyanın xarici işlər nazirliyi dərhal Trump-ın Sergei Lavrov və Rusiya səfiri Sergei Kislyakla görüşünsən fotolar yayıb.

Hətta Rusiya səfirliyi tvitterdə Trump-la Kislyakın görüşü barədə dərhal məlumat yayıb.

MSNBC-nin müxbiri Andrea Mitchell Ağ evin rusiyalı jurnalistləri görüşə buraxmasını, ABŞ mətbuatının isə kəndarda qalmasını etiqadsızlıq , görünməmiş hal adlandırıb.

Bu digər jurnalistlərin də diqqətindən yayınmayıb.

Ağ evin adı çəkilməyən rəsmisi TASS-ın görüşə buraxılmasına aydınlıq gətirməyə çalışarkən deyib:

“Bizim və onların rəsmi fotoqrafları görüşdə iştirak ediblər, vəssəlam”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump mayın 10-da Vaşinqtonda Rusiyanın xarici işlər naziri Sergei Lavrovu qəbul edib.

Görüşdə Suriya və Ukrayna münaqişələri, həmçinin digər problemlər müzakirə olunub.

Trump görüşün çox yaxşı keçdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG