Avropa Birliyi ölkələri Ukraqyna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsini təsdiqləyiblər.
Beləliklə Avropa Şurası ilə Avropa Parlamentinin bu qərarı mayın 17-də Strasbgurqda təsdiqləyəcəkləri gözlənir.
Bu barədə mayın 11-də Azadlıq Radiosu məlumat yayıb.
Vizasız rejim iyunun 11-dən qüvvəyə minəcək.
Yeni qayda biometrik pasportu olan bütün Ukrayna vətəndaşlarına şamil olacaq.
Onlar,İrlandiya və Böyük Britaniyanı çıxmaq şərti ilə hər 6 aydan bir 90 gün Avfropa Birliyi ölkələrində vizasız qala biləcəklər.
Həmçinin Ukrayna vətəndaşları Avropa Birliyinin üzvü olmayan, amma Şengen zonasına daxil olan 4 ölkə-Norvegiya,İslandiya, Lixteynşteyn və İsveçrəyə vizasız gedə biləcəklər.
Qeyd edək ki, digər keçmiş Sovet ölkəsi olan Gürcüstan vətəndaşları da artıq martın 28-dən Avropa Birliyi ölkələrinə vizasız gedirlər.