Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:18

Daha bir Ermənistan əsgəri həlak olub


Foto arxiv

Ermənistanın hərbi hissələrindən birində əsgər aldığı güllə yarasından ölüb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti mayın 10-da ölkənin istintaq komitəsinə istinadla xəbər verir.

Ölən kiçik serjant Garik Mesropyandır. O, hospitala aparılarkən yolda keçinib.

İstintaq komitəsinin məlumatına görə, Garik Mesropyan əsgər yoldaşının silahla ehtiyatsız davranması üzündən ölüb.

Faktla bağlı cinayət işi açılıb istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG