Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:21

Dodon: "NATO qəbuledilməzdir, Moldova hansısa ölkəyə birləşməməlidir"


Vladimir Putin və Igor Dodon

“Moldovanın NATO ittifaqına qəbul edilməsi qəti şəkildə yolverilməzdir”,

Bunu Moldova prezidenti İgor Dodon Rusiya Dövlət Dumasının sədri Vyaceslav Volodin-lə görüşdə deyib.

“Mən bütün xarici tərəfdaşlarıma həmiş demişəm ki, 3-4 məsələ var ki, onların müzakirə mövzusu olmasına heç vaxt yol verə bilmərəm.Bu bizim dövlətçiliyimiz, Moldovanın qorunub saxlanması, hansısa dövlətlə birləşməməsidir. İkincisi bizim neytrallığımızdır-NATO qəti şəkildə qəbulolunmazıdr.

Üçüncüsü isə prinsipial məqamdır-bu bizim provaslavlığımızdır. Müxtəlif yollara bizə sırımaq istənilən Avropa dəyərləri bizə lazım deyil. Dördüncüsi isə Rusiyadan olan dostlarımızla strateji tərəfdaşlığımızdır”, Dodon deyib.

Qeyd edək ki, bu günlərdə Avrasiya İqtisadi Birliyi-nin Bişkek görüşündə Moldovaya bu qurumda müşahidəçi statusu verilməsi ilə bağlı qərar qəbul edilib.

Rusiyanın başçılıq etdiyi bu birliyə Belarus, Qazaxıstan,Qırğızıstan və Ermənistan daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG