Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:40

Mayın 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 13-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Nazirlik xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı düşəcək.

Azərbaycanın bəzi rayonlarında havanın, əsasən, yağmursuz olacağı, bildirilir. Ancaq gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir. Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, mayın 11-i gündüzdən 13-ü səhərə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG