Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Litva Rusiya ilə sərhəddə müdafiə səddi çəkəcək.

Bu barədə mayın 10-da RİA Novosti agentliyi Litva Dövlət sərhəd xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə təxminən 45 kilometrlik sədd Litva hökumətinə 1,335 milyon avroya başa gələcək.

Tikinti işləri bu il dekabrın 20-dən başa çatdırılmalıdır..

Dövlət sərhəd xidmətinin məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə 2 metr hündürlüyündəmetal sədd çəkiləcək.

Əlavə avadanlıqlarla təhciz ediləcək bu sədd Litva,Latviya və Rusiya sərhədlərinin kəsişdiyi hissədə olacaq.

Nyamunas çayı boyunca uzanan 109 kilometrlik sərhəd isə xüsusi müşahidə sistemi ilə təhciz edilib.

Litvanın Dövlət sərhəd xidməti həmçinin miqrantlardan qorunmaq üçün 2010-ci ilədək Belarusla sərhəddə də divar çəkməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG