Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Richard Hoagland: 'Problemi birdəfəlik həll etməyin vaxtıdır'


Richard Hoagland

«İndi artıq yüksək səviyyədə ciddi danışıqlara başlayıb problemi birdəfəlik həll etməyin vaxtıdır».

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Richard Hoagland Qarabağ münaqişəsi ilə bağlı «Amerikanın səsi»nin suallarına cavab verərkən deyib.

«Bizim də həmsədrlər olaraq vəzifəmiz odur ki, çalışaq danışıqları yüksək səviyyəyə qaldıraq»,-deyərək həmsədr vurğulayıb.

Daha sonra həmsədr ABŞ və Rusiya arasında münasibətlərin hazırkı durumumun Qarabağ münaqişəsinə təsirindən danışıb: «Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq, mən inanıram ki, bu iki ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək».

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG