Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

ABŞ-la Gürcüstan təhlükəsizlik sazişi imzalayıblar


Giorgi Kvirikashvili və Rex Tillerson

Birləşmiş Ştatlar bildirir ki, Gürcüstanla təhlükəsizlik razılaşması imzalayıb. Bu razılaşma çərçivəsində iki ölkə kəşfiyyat məlumatlarını paylaşacaq, antiterror işlərini uzlaşdıracaq.

ABŞ dövlət katibi Rex Tillerson və Gürcüstanın baş naziri Giorgi Kvirikashvili razılaşmanı mayın 9-da Vaşinqtonda görüşdən öncə imzalayıblar.

«Bu saziş Birləşmiş Ştatlarla Gürcüstanın təhlükəsizlik əməkdaşlığında böyük hədəfdir», – Dövlət Departamenti bəyanatında bildirib.

Hazırda Gürcüstan Rusiyayla ərazi mübahisəsi yaşayır. Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG