Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

ABŞ prezidenti Donald Trump mayın 10-da Ağ evdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşəcək, Suriya və digər beynəlxalq məsələləri müzakirə edəcək.

Bu, Trump-ın prezident postuna keçməsindən sonra Rusiya tərəfiylə ən yüksək səviyyədə keçirdiyi ilk görüşüdür. Bu arada ABŞ kəşfiyyat orqanları Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilələri araşdırılır.

Lavrov Trump-dan öncə ABŞ dövlət katibi Rex Tillerson-la görüşəcək.

Rəsmi məlumata görə, görüşlərdə əsas müzakirə mövzuları Suriya, ABŞ-Rusiya münasibətləri və digər qlobal məsələlər olacaq.

Trump seçki kampaniyası dövründə Rusiyayla daha yaxşı münasibətlər quracağını deyirdi, amma vəzifəyə keçəndən NATO-nun Rusiyaya qarşı tutduğu mövqeni dəstəkləyib.

Lavrov Vaşinqtonda sonuncu dəfə 2013-cü ildə olub. Ötən həftə İran və Türkiyəylə birlikdə Suriyada zorakılığın dayandırılması üzrə razılaşma əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG