Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Cənubi koreyada prezident seçkisində liberal-demokrat Moon Jae-in qalib gəlir


Moon Jae-in

Cənubi Koreyada prezident seçkisi artıq başa çatıb.

Ekzit-polun nəticələrinə görə liberal siyasətçi, Demokrat partiyasının namizədi Mun Çje İn (Moon Jae-in) liderlik edir.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Onun 41 faizdən artıq səs topladığı bildirilir.

Mun Çjin İn vəkil, hüquq müdafiəçisi və Şimali Koreya ilə münasibətlərdə mötədil kursun tərəfdarı kimi tanınır.

İkinci yerdə 23 fiazdən bir qədər artıq səslə mühavizəkarların namizədi,”Koreya azadlıq partiyası”nın üzvü Xon Çjun Pxe (Hong Joon-pyo) gəlir.

Qalan namizədlər onlardan xeyli geridə qalır.

Bundan əvvəlki prezident Pak Kın Xe (Park Geun-hye) impicmentlə hakimiyyətdən uzaqlaşdırılıb və hazırda ev dustağıdır.

O, korrupsiya,səlahiyyətlərini aşma və dövlət sirrini açmaqda ittiham olunur.

2016-cı ilin oktyabrında qopan qalmaqal ölkədə onun istefası tələbi ilə kütləvi etirazlara səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG