Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Rusiya zabitinin Suriyada edam olunması xəbərini təkzib edir


Viktor Ozerov

Rusiyanın müdafiə nazirliyi zabitinin Suriyada “İslam dövləti” qrupu tərəfindən edam olunması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə mayın 9-da RİA Novosti məlumat yayıb.

“İnterfaks” agentliyi bundan əvvəl Federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerova istinadla məsələnin araşdırılacağını xəbər vermişdi.

“Əlbəttə nazirlik bizim hərbçilərlə bağlı, xüsusilə də bu cür xarakterli istənilən məlumatı diqqətsiz buraxmır.Araşdırma aparılacaq və nəticə barədə məlumat veriləcək”, Ozerov deyib.

Bundan əvvəl kütləvi informasiya vasitələrində rusiyalı polkovnik Evqeni Petronkonun “İslam dövləti” qrupu tərəfindən edam olunması və bunun videosunun yayılması barədə məlumat yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG